12 May 2024
Telekanal Xoşqədəmə bu şərtlərlə EFİR VERƏCƏK - Elgiz Əkbər QARŞI ÇIXDI

Telekanal Xoşqədəmə bu şərtlərlə EFİR VERƏCƏK - Elgiz Əkbər QARŞI ÇIXDI

09 Sentyabr 2021
Baxış: 821

“Xəzər” TV-dən ayrılandan sonra işsiz qalan Xoşqədəm Hidayətqızı yeni televiziya kanalı ilə anlaşmaq ərəfəsindədir. Tanınmış aparıcının oktyabrın əvvəllərindən etibarən ARB telekanalında fəaliyyətə başlaması gözlənilir.

AJMEDİA.İNFO xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, “Səni axtarıram” komandasının ARB-yə transferi isti qarşılanmasa da, bu keçidin müəyyən şərtlər daxilində baş tutması mümkündür.

Belə ki, sözügedən telekanal Hidayətqızıya şərt qoyub. ARB-nin adının çəkilməsini istəməyən məsul şəxslərindən birinin dediyinə görə, Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı əvvəlki formatda hazırlayacağı təqdirdə ARB-nin efirində görünə bilər.

Mənbə deyib ki, Xoşqədəm Hidayətqızının ARB-yə keçidi müəyyən çətinliklərlə müşayiət olunub. Belə ki, bu telekanalın əsas simalarından olan Elgiz Əkbər bu keçidə qarşı çıxıb. Hətta o, Xoşqədəmlə eyni efiri bölüşməkdən imtina edib. Yalnız bundan sonra Hidayətqızının həftədə bir dəfə, sırf axtarış məqsədilə efirə çıxması razılaşdırılıb. Aparıcıya öz verilişində sosial problemlərə, xüsusilə ailədaxili münaqişələr, məişət mövzularına qarışmaq qadağan edilib.