11 May 2024
Tatarıstanda təyyarə qəzasında ölənlərin rəsmi sayı açıqlandı

Tatarıstanda təyyarə qəzasında ölənlərin rəsmi sayı açıqlandı

10 Oktyabr 2021
Baxış: 399

Rusiya Fövqəladə Hallar Nazirliyi Tatarıstanda baş verən təyyarə qəzası ilə bağlı məlumat yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərt eniş zamanı 15 nəfər ölüb və 7 nəfər xəsarət alıb.

"Gəmidə ümumilikdə 20 paraşütçü və iki ekipaj üzvü olub", - rəsmi məlumatda deyilir.

Rusiyanın Səhiyyə Nazirliyi isə hadisə nəticəsində 16 nəfərin öldüyünü, daha 6 nəfərin yaralandığını açıqlayıb.

11:00

Tatarıstanda təyyarə qəzasında 19 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.

10:49

Tatarıstanda "L-410" təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə 20 nəfər olub.

Hadisə Menzelinsk şəhərində qəzaya düşüb.