20 Oktyabr 2021

Azerbaijan, Baku

13°C/19°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Sürücü və piyadalara XƏBƏRDARLIQ! — DYP hərəkətə keçdi

Sürücü və piyadalara XƏBƏRDARLIQ! — DYP hərəkətə keçdi

08 İyul 2021
Baxış: 184

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə bir daha xəbərdarlıq edib.

AJMEDİA.İNFO xəbər verir ki, idarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı şəhər üzrə qeydə alınan yol nəqliyyat hadisələri, xüsusilə piyadaların vurulması faktları və onların ağırlıq dərəcələri çox ciddi narahatlıq doğurur. Artıq bir neçə ildir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticəsi kimi bütün parametrlər üzrə təhlükəsizlik səviyyəsinin artırılmasına nail olunub. Buna baxmayaraq hələ də piyada vurma halları ümumi hadisələrin 50 %-ni təşkil edir. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol nəqliyyat hadisələrinin baş verməsi və insan təlafatı ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir.

“Piyada vurma hallarının qarşısının alınması məqsədilə vətəndaşların daha diqqətli olmalarını, hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin onları gördüyünü və onlara yol verdiyinə əmin olduqdan sonra piyadalar üçün nəzərədə tutulmuş zolağa daxil olmalarını tövsiyə edirik. Əks halda piyadaların vurulması hadisəsi baş verir ki, bu da ağır nəticələrə səbəb olur” – deyərək Vaqif Əsədov bildirir.