27 Aprel 2024
Suriyada Rusiya və Türkiyə hərbçilərinin birgə patrul apardığı yolda partlayış olub

Suriyada Rusiya və Türkiyə hərbçilərinin birgə patrul apardığı yolda partlayış olub

16 İyun 2020
Baxış: 461

Suriyanın İdlib əyalətində Rusiya və Türkiyə hərbçilərinin birgə patrul apardığı yolda bomba partlayıb.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib.

O, partlayış nəticəsində Rusiya zirehli transportyorunun qismən zədələndiyini, hərbçilərin isə xəsarət almadığını qeyd edib.

”Bu gün birgə patrul xidməti zamanı Erixa və Urum-əl Cauza yaşayış məntəqələri arasındakı marşrut yolunda silahlılar M4 yolunun monitorinqini pozmaq məqsədi ilə terror aktı keçirməyə cəhd ediblər. Nəticədə partlayıcı qurğu bir Rusiya zirehli transportyoruna zədə yetirib. Patrul xidmətinin şəxsi heyəti xəsarət almayıb”, - deyə Rusiya MN-in sözçüsü vurğulayıb.

İ. Konaşenkov bütün hərbi texnikanın və hərbçilərin dislokasiya məntəqəsinə qayıtdığını bildirib.

Teqlər: Suriya