26 Aprel 2024
Sumqayit Yəhudi Dini icmasında nələr baş verir
Sumqayit Yəhudi Dini icmasında nələr baş verir

Sumqayit Yəhudi Dini icmasında nələr baş verir

03 İyun 2020
Baxış: 1596

Dövlət başçısı İlham Əliyevin son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkməsi bunun arxasında ciddi hadisələrin olacağına işarə idi. Məsələn, oktyabrın 15-də iqtisadi sektoru kurasiya edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə Prezident demişdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. “Çünki biz bilirik ki, korrupsiya halları geniş fürsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”, deyə dövlət başçısı vurğulayıb.

Cənab prezidentin ölkədə fəaliyyət göstərən dini qurumlara eləcədə qeyri islam dini icmalara göstərdiyi diqqət, qayğı barız nümünələrdəndir.

Son sərəncamında dini qurumlara və olkədə fəaliyyət göstərən qeyri islam dini icmalara maliyyə yardımının edilməsi və bu yardımı 12 il fəaliyyəti dövründə "Sumqayıt Yəhudiləri Dini İcması" nın təyinatı üzrə necə tənzimlənməsi tək Sumqayıt yəhudilərinə yox, eləcədə ictimaiyyətə qaranlıq qalan məsələlərdəndir. Bəs nələr baş verir, buna necə nəzarət olunur?

Sumqayıt Yəhudiləri Dini icmanın təftiş nəzarət komissiyasının üzvü, eləcədə Sumqayıt yəhudilərindən biri olaraq bu hər zaman bizə qapalı olub. Bu haqda heç bir hesabatların verilməməsi, hər hansısa icma tərəfindən şəraitin yaradılmaması, pərdə arxası məqamlardan xəbər verir.

Fəaliyyəti dövründə giriş qapısının çox zaman bağlı qalan, son dövrlərdə ibadətə gələn yəhudilərin sayındada kəsgin azalmalar nədən xəbər verir? Bəs bu dini icmanı edarə edən, ya idarə edənlər kimlərdir?

Son zamanda ölkədə aparılan güclü nəzarətlər, bir sıra mənimsəmə hallarının, saxtakarlıqların qarşısının alınmasına səbəb oldu.

Ümid edirəm ki belə bir nəzarət daim Sumqayıt Yəhudiləri Dini icmasında baş verəcək. Bura daxil olan, dövlət tərəfindən maliyyə eləcədə digər əcnəbi ölkələrdən göndərilən yardımlar və lahiyyələr üçün pul vəsaitlər şəffav olaraq təyinatı üzrə istiqamət almasının, yəhudilərin rifahı üçün tənzimlənməsinə xidmət edəcək. Cənab prezident İlham Əliyev söylədiyi " Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır". Bu, biz ictimaiyyətə bir öhdəlikdir.


Sumqayıt Yəhudi Dini İcmasının nəzarət təftiş komisiyasının üzvu

Nəsimi Əbilov