26 Aprel 2024
“Su-30” qırıcısının yaradıcılarından olan İqor Yemelyanov vəfat edib

“Su-30” qırıcısının yaradıcılarından olan İqor Yemelyanov vəfat edib

20 Oktyabr 2021
Baxış: 435

“Su-30” döyüş qırıcısının yaradıcılarından olan təyyarə mühəndisi, RSFSR-in əməkdar ixtiraçısı İqor Yemelyanov 86 yaşında Moskvada dünyasını dəyişib.

Bu barədə “Rostec” dövlət korporasiyasına daxil olan “Sukhoi” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ixtiraçı qəflətən vəfat edib.

Qeyd edək ki, İ.Yemelyanov “Su-15”, “Su-25”, “Su-27” və “T-4” təyyarələrinin yanacaq sistemlərinin hazırlanmasına və sınaqlarına nəzarət edib. O, həmçinin, qeyd edilən təyyarələr üçün yanacaq çənlərinin döyüşdə vurulduqdan sonra partlayışdan qorumaq üçün yeni üsulun yaradılması üzərində də çalışıb.(Apa.az)