11 May 2024
SON DƏQİQƏ! Sumqayıtda saxlanılanlar var - FOTO

SON DƏQİQƏ! Sumqayıtda saxlanılanlar var - FOTO

04 Fevral 2024
Baxış: 432

Sumqayıtda silahlı və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

AJMEDİA.İNFO DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt ŞPİ-nin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

SUMQA.jpg (128 KB)