11 May 2024
SON DƏQİQƏ: Ömər aşırımında faciə baş verib - ÖLƏNLƏR var

SON DƏQİQƏ: Ömər aşırımında faciə baş verib - ÖLƏNLƏR var

25 Avqust 2023
Baxış: 694

AJMEDİA.İNFO "Report"a istinadla xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.