26 Aprel 2024
SON DƏQİQƏ! - "Ermənistan sərhədə əlavə hərbçi və artilleriya qurğusu yığır" - MN

SON DƏQİQƏ! - "Ermənistan sərhədə əlavə hərbçi və artilleriya qurğusu yığır" - MN

17 Oktyabr 2022
Baxış: 3001

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.