09 May 2024
SON DƏQİQƏ! - Azərbaycanda yüksək vəzifəli MƏMUR SAXLANILDI

SON DƏQİQƏ! - Azərbaycanda yüksək vəzifəli MƏMUR SAXLANILDI

18 Aprel 2022
Baxış: 615

Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub.

AJMEDİA.İNFO xəbər verir ki, R.Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev həbs edilib.