NAYORA tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının...
1 saat əvvəlSON DƏQİQƏ! Azərbaycanda nazir İSTEFA VERDİ - FOTO
31 Oktyabr 2022
Baxış: 453
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov istefa ərizəsi yazıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu haqda məlumatı ovqat.com saytı yayıb.
Xəbərə görə, nazir ərizəsində işdən çıxmaq səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.
Amma sayt nazirin bu addımının əsas səbəbinin Naxçıvan MR-nın Səhiyyə Nazirliyində başlayan yoxlamalarla əlaqələndirib. Xəbərdə nazirin ərizəsinin qəbul olunmadığı qeyd edilir:
“Müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər. Əgər o, bu təftişdən "salamat" çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər”.
Sayt nazirlikdə qanunsuzluqlar aşkarlandığını, ən çox şübhə doğuran məqamın isə sağlamlıq sığortası ilə bağlı olduğunu iddia edir.