10 May 2024
SOCAR-ın Gürcüstandakı fəaliyyətinin 15 illiyi tamam olur

SOCAR-ın Gürcüstandakı fəaliyyətinin 15 illiyi tamam olur

01 Dekabr 2021
Baxış: 633

Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda fəaliyyətinin 15 illiyini qeyd edir.

AJMEDİA.İNFO xəbər verir ki, şirkət Gürcüstan bazarına 2006-cı ildə daxil olub.

SOCAR-ın qonşu ölkədəki törəmə “SOCAR Georgia Petroleum” şirkətindən bildirilib ki, Gürcüstan şirkətin Azərbaycanın hüdudlarından kənarda yanacaqdoldurma məntəqəsinin açıldığı ilk ölkə olub.

Bundan başqa, SOCAR Gürcüstanda ən iri investorlardan biridir və uzun illər boyu ən böyük vergi ödəyicisidir. Şirkətin Gürcüstan üzrə əməkdaşlarının sayı 4 min nəfərdən çoxdur.

Teqlər: SOCAR