27 Aprel 2024
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Slovakiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

22 May 2020
Baxış: 486

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

AJM-in məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Slovakiya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdəki dostluq münasibətləri və faydalı əməkdaşlıq gələcəkdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və biz dünya ölkələrinin birgə mübarizəsinə ehtiyac duyulan hazırkı qlobal pandemiyanın öhdəsindən layiqincə gələcəyik.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, ölkənizə və bütün vətəndaşlarınıza tərəqqi və rifah diləyir, sivil və demokratik cəmiyyətinizin daim inkişaf etməsini arzulayıram”.