23 İyun 2024
Siyavuş Novruzovdan həmkarlarına SƏRT REAKSİYA: "Qarabağ üstündən alver etməyin!"

Siyavuş Novruzovdan həmkarlarına SƏRT REAKSİYA: "Qarabağ üstündən alver etməyin!"

14 İyun 2024
Baxış: 233

“Milli Məclisin daxili nizamnaməsi var, hər bir deputat təklif irəli sürülə bilər. Amma bəzi deputatlar iclas bitən kimi jurnalistləri çağırır, müsahibə vermək istəyir ki, mən başqa məsələni qaldırmaq istəyirdim, qoymadılar”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Biz görmüşdük ki, azlıq çoxluğa tabe olsun, amma görürük ki, azlıq bizə təsir etmək istəyir. İllərdir bizimlə çalışan insanlar gəlib başqa çıxışlar edirlər. Ömür boyu demisən, indi əsas fikirlərə baxmalısan. Deyir ki, Qarabağın bərpası üçün sahibkarlardan bəhanə ilə pul yığılır. Hansı sahibkardan pul yığılır? Deyir, sosial təminata ayrılan pullar kəsilib Qarabağa aparılır. Harada kəsildi? Qarabağın işinə niyə haram qatırsınız? Təcrübəsi olan adamlar belə danışmalı deyil. Kim siyasi reklam etmək istəyirsə, gələcək seçkiyə hazırlaşırsa, yolunu başqa tərəfdən salsın, Qarabağdan salmasın. Qarabağ üstündən çox alverlər olub. Artıq Qarabağın üstündən alver olmaz. Bu məsələ bitdi”, - millət vəkili qeyd edib.(Sfera.az)