12 May 2024
Şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyuldu

Şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyuldu

08 Dekabr 2021
Baxış: 543

“Əvvəllər gülünc, şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyulub”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır:

“Bu, dünya praktikasında da belədir. Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var.

Belə ki, oğlan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulur.

Adlar qoyulan zaman onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir”.