26 Aprel 2024
“SEPAH terror aktı törədib” – İRANA BÖYÜK ŞOK

“SEPAH terror aktı törədib” – İRANA BÖYÜK ŞOK

21 May 2021
Baxış: 745

Kanadanın Ontario ştatının məhkəməsi İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” sərnişini təyyarəsini bilərəkdən vuraraq terror aktı törətdiyi qənaətinə gəlib.

AJMEDİA.info teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Global News” məlumat verib.

Sənəddə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təyyarənin mülki olmasından və təyyarənin açıq şəkildə məhv edilməsi məqsədi ilə atəşə tutduğu bildirilib.

Bu qərar terror aktında həlak olan kanadalıların ailələrinə İrandan təzminat tələb etməsinə imkan verir.

Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin isə İranın Kiyevə terror aktından məsuliyyət daşıyanların adlarını vermədiyini söyləyib.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” ötən il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra vurulub. Nəticədə 176 nəfər həyatını itirib. Təyyarədə İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub.