16 İyun 2024
"Saudi Aramco" Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb

"Saudi Aramco" Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb

06 İyun 2023
Baxış: 423

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.

"Arab Light" markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq.

"Saudi Aramco" Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.

ABŞ və Avropadakı alıcılar üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.

Teqlər: