28 İyun 2024
Avropa İttifaqı Rusiyanın SWIFT-ni qara siyahıya saldı

Avropa İttifaqı Rusiyanın SWIFT-ni qara siyahıya saldı

24 İyun 2024
Baxış: 379

Avropa İttifaqı Şurası Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı maliyyə mesajlaşma xidməti olan Maliyyə Mesajlaşma Sisteminə (SPFS) qarşı sanksiyalar tətbiq edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Aİ-nin açıqladığı 14-cü sanksiya paketində əksini tapıb.

Tətbiq olunan qadağaya əsasən, Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan ediləcək. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmaq qadağan ediləcək.

Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, qadağandır.

Ötən həftənin sonunda “Bloomberg” SPFS-ə qarşı sanksiyaların mümkünlüyü barədə yazmışdı. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, 14-cü sanksiyalar paketi “xaricdəki kölgə bank şəbəkəsinə” qarşı yönəldiləcək. Musavat.com