28 İyun 2024
Rusiya Ukrayna müharibəsi, təhlükəsizlik problemləri - Rüstəm Tağızadə

Rusiya Ukrayna müharibəsi, təhlükəsizlik problemləri - Rüstəm Tağızadə

23 İyun 2024
Baxış: 384

Böyük güc rəqabəti geri qayıdır. Soyuq Müharibədən sonrakı birqütblü məqamın sona çatması ilə Birləşmiş Ştatlar və Çin indi ticarət və texnologiya uğrunda mübarizə aparır , adi və nüvə silahlanma yarışında rəqabət aparır və müxtəlif qaynar nöqtələrdə digərinə qarşı durmağa çalışırlar. Hələ ki, Çinin aqressiv mövqeyi hələ tam müharibəyə səbəb olmayıb, lakin eyni şeyi Rusiya haqqında demək olmaz. Onun Ukraynaya təcavüzü Qərbdəki siyasətçiləri çaşdırdı və getdikcə daha təhlükəli, münaqişələrə meyilli bir dünya xəyalını qaldırdı.

Təhkükəsizlik dilemması yoxsa Rusiyanın acgözlüyü: Fikrimcə Rusiya dövləti Aleksandr Duqinin siyasi konsepsiyasına arxalanaraq Ukrayna torpaqlarını öz ərazisi hesab edir. Hətta dövlət rəsmiləri də öz açıqlamalarında bunu qeyd edir. 2008-ci ildən etibarən Rusiya özü üçün yeni mərhələ açdı. Onun istəyi bacardıqca qonşu dövlətləri özündən asılı salmaq və “ Avrasiya birliyi” hesab edilən bir ittifaq qurmaqdan ibarətdir.

Rusiya-Ukrayna müharibəsi onu göstərir ki, Avropa ölkələri daha çox təhlükəsizlik haqqında düşünməlidir və praktiki addımlar atılmalıdır. Son İsveçrə konfransında əvvəl Rusiya Prezidentinin sülh şərtləri Rusiyanın ambisiyalarından xəbər verir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya tam miqyaslı müdaxiləsindən sonra G7 ölkələri və Aİ tərəfindən təxminən 325 milyard dollar (256 milyard funt sterlinq) aktiv dondurulub. Bu aktivlərdən gələn faiz ildə təxminən 3 milyard dollar təşkil edir.

G7 planına əsasən, bu 3 milyard dollar beynəlxalq bazarlarda Ukraynaya verilən 50 milyard dollarlıq kreditin illik faizlərini ödəmək üçün istifadə olunacaq.

Hal-hazırda Avropada milliyyətçi partiyaların hakimiyyətə gəlməsi onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi Avropa dövlətlərinin hökümətlərini hərəkətə gətirib. Düşünürəm ki, Avropa ciddi təhlükəsizlik tədbirləri görməsə Rusiyanın iştahası daha da artacaq.

Son dəyişiklik - Ukraynanın özünü transsərhəd hücumlardan müdafiə etmək üçün Rusiyaya məhdud zərbələr endirməsinə icazə verir. Həmin dəyişiklikdən sonra Vladimir Putin tez-tez nüvə arsenalını xatırladır və Rusiyanın Qərbə cavab olaraq eskalasiya edə biləcəyi başqa yollar təklif edir. Avropada müharibənin tezliklə qurtarması real görsənmir.

.

.

AJMM-nin politoloqu

Rüstəm Tağızadə