27 Aprel 2024
Şahmatçılarımız qələbə ilə başladı

Şahmatçılarımız qələbə ilə başladı

20 Oktyabr 2021
Baxış: 463

Banqladeşin paytaxtı Dəkkədə keçirilən xatirə turnirinə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər.

Yarışda Azərbaycanı beş şahmatçı - Vüqar Əsədli, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov və Azər Mirzəyev təmsil edir.

Birinci turda təmsilçilərimiz V.Əsədli pakistanlı Mahmood Lodhi, M.İsgəndərov hindistanlı Bisvas Sourath, V.Rəsulov banqladeşli Choudhury Anata, A.Mirzəyev daha bir yerli idmançı Zaur Rahman ilə qarşılaşmalardan qalib ayrılaraq, aktivlərinə 1 xal yazdırıblar. Şahmatçılarımızdan yalnız Ülvi Sadıqov rəqibinə uduzub.

Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrossmeysterdir.

Oktyabrın 27-dək davam edəcək turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarətdir.(Qafqazinfo.az)