16 İyun 2024
Sabiq tabor komandiri HƏBS EDİLDİ

Sabiq tabor komandiri HƏBS EDİLDİ

22 May 2024
Baxış: 324

Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrlik etdiyi məhkəmə heyəti belə hökm çıxarıb.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Əliyev məhkəmə zalında həbs edilib.

Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə, eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilmişdi. Məhkəmə həmin maddəni ittihamdan xaric edib.

Qeyd edək ki, E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olub.