26 Aprel 2024
"Rusiyanın resursları tükənəcək, Ukrayna əks-hücuma keçəcək" - Conson

"Rusiyanın resursları tükənəcək, Ukrayna əks-hücuma keçəcək" - Conson

23 İyun 2022
Baxış: 317

Britaniyanın hərbi kəşfiyyatı hesab edir ki, Rusiya ordusunun resursları tükəndiyi üçün Ukraynaya hücumun tempi yaxın bir neçə ay ərzində səngiyəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Almaniyada keçirilən G7 sammiti ərəfəsində Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

Conson qeyd edib ki, Rusiya qüvvələri Donbasın şərqində irəliləyir, lakin böyük itkilər verir:

“Bizim hərbi kəşfiyyatımız hesab edir ki, yaxın bir neçə ay ərzində Rusiya elə bir nöqtəyə gələ bilər ki, o, öz resurslarını tükəndirdiyi üçün heç bir irəliləyişə nail olmasın. O zaman biz ukraynalılara dinamikanı dəyişməkdə kömək etməliyik”.

Conson bildirib ki, ukraynalılar əks-hücum keçə biləcəkləri həddə dəstəklənməlidirlər.

Teqlər: