27 Aprel 2024
Rusiyada son 10 ildə baş vermiş terror cinayətlərinin statistikası açıqlanıb

Rusiyada son 10 ildə baş vermiş terror cinayətlərinin statistikası açıqlanıb

16 İyun 2020
Baxış: 496

Rusiyada 2010-cu ildən indiyədək baş vermiş terror cinayətlərinin statistikası açıqlanıb.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (FTX) və Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov prezident Vladimir Putinlə görüşündə bildirib.

FTX rəhbəri 2010-cu ildə ölkədə 778 terror cinayətinin baş verdiyini, ötən il isə bu rəqəmin 4 olduğunu vurğulayıb.

“Əlbəttə, 100 faiz zəmanət verə bilmərik ki, bizim işimiz terror təhlükəsini ləğv etməyə yardım edəcək. Lakin biz buna səy göstəririk. Bu 10 il ərzində 698 terror cinayətinin qarşısı alınıb. Onlardan 159-u birbaşa terror aktları olub. Bu 10 il ərzində statistikaya görə demək olar ki, terror fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı 728 fakt üzə çıxıb. Bütün bu fəaliyyətlərin qarşısı alınıb”, - deyə M. Bortnikov qeyd edib.

Teqlər: Rusiya