26 Aprel 2024
"Rusiya Qarabağı işğal etmək istəyir?!

"Rusiya Qarabağı işğal etmək istəyir?!

11 Sentyabr 2021
Baxış: 549

Rusiya federasiyasının müvəqqəti olaraq Qarabağda yerləşən sülhməramlı qüvvələrinin indiki və keçmiş komandanlığının qeyri-adevat hərəkətləri bitmək bilmir. Bu barədə siyasi analitik Turab Rzayev öz sosial media hesabında məlumat bildirib:

"Rusiya Qarabağı işğal etmək istəyir?!

Rusiyanın Azərbaycan ərazisində (Qarabağın dağlıq hissəsi) müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov anadan olduğu Dağıstana qayıdandan sonra Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə keçirilən görüşdə deyib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti uzadılacaq: “Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”.

Politoloq Elxan Şahinoğlu da Muradovun rəsmi açılamasına münasibət bildirib. Politoloq həm də Rusiya sühməramlılarına yeni rəhbər təyin olunmuş şəxsin Azərbaycan rəhbərliyi ilədeyil, Ermənistan rəhbərliyi ilə görüşüb işə baılamasını sərt tənqid edib:

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir. 10 noyabr razılaşmasına görə tərəflərdən biri, yəni Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Biz buna hazırlaşırıq. Bunu Rüstəm Ruradov da bilməmiş deyil.

Rusiyalı rəsmilər doğru olaraq sülhəməramlı kontingentin uzadılması barədə heç nə demir, açıqlama vermirlər. Ancaq onlar bu barədə bağlı qapılar arxasında danışırlar, Rüstəm Muradov da bu barədə məhz komandanlığından eşidib və eşitdiklərinə əsasən Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib. Rüstəm Muradovun yerinə təyin olunan Mixail Kosobokovun təyinatından dərhal sonra Bakıya gəlmək əvəzinə İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajıdır. Azərbaycan ərazisində xidmət edəcək komandanın Qarabağdakı fəaliyyətini ilk əvvəl Ermənistanın müdafiə naziri ilə müzakirə etməsi Kremlin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatıdır. Başqa təxribat da odur ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırmadan separatçı Abxaziyada xidmət edən hərbçini Azərbaycana təyin ediblər. (AzərForum)