10 May 2024
Rusiya İsraili "işğalçı dövlət" ADLANDIRDI

Rusiya İsraili "işğalçı dövlət" ADLANDIRDI

03 Noyabr 2023
Baxış: 468

Rusiyadan İsrail-Fələstin münaqişəsi ilə bağlı diqqətçəkən açıqlama gəlib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzia danışıb. Belə ki, o, hazırkı münaqişədə İsrailin özünümüdafiə hüququnun olmadığını deyib.

Vasiliy Nebenzia İsraili “işğalçı dövlət” adlandırıb.

“Münaqişələrin regiona yayılmasının qarşısı alınmalıdır. Digər tərəfdən, ABŞ və müttəfiqləri Qəzzada dəhşətli dağıntılarla bağlı ikiüzlü münasibət sərgiləyirlər. Onların etdiyi yeganə şey İsrailin özünümüdafiə hüququna malik olduğunu iddia etməkdir. Lakin 2004-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin rəyi ilə təsdiqləndiyi kimi, işğalçı dövlət kimi İsrailin belə bir hüququ yoxdur”, deyə o söyləyib.(Sfera.az)