26 Aprel 2024
Rusiya Holokost abidəsini də VURDU - Zelenskidən dünya yəhudilərinə MÜHÜM ÇAĞIRIŞ

Rusiya Holokost abidəsini də VURDU - Zelenskidən dünya yəhudilərinə MÜHÜM ÇAĞIRIŞ

02 Mart 2022
Baxış: 1481

Ukrayna Prezidenti Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib.

AJMEDİA.İNFO UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.

“Paytaxtımıza atılan raketlər göstərir ki, Rusiyadakı bir çox insana Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlar bizim tariximizi, ölkəmizi silmək, hamımızı məhv etrmək barədə əmr alıblar. İndi dünya yəhudilərinin səssiz qalmaması, baş verənlərə reaksiya bildirməsi çox vacibdir”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya dünən Ukraynadakı Holokost abidəsini də vurub.