26 Aprel 2024
Rusiya bu silahla NATO-ya meydan oxuyur - LARSON

Rusiya bu silahla NATO-ya meydan oxuyur - LARSON

23 İyul 2021
Baxış: 573

Dünyanın ən müasir zenit-raket kompleksi S-500 NATO-ya meydan oxuyur.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “19FortyFive” saytının şərhçisi Kaleb Larson yazıb.

“Sistem istənilən hündürlükdə və sürətdə hava hücum silahlarının hamısını vura bilər. S-400 kimi yeni kompleks də təyyarə və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. Amma bütün hallarda S-500 S-400-dən daha güclü texnikadır. Bu silahın hipersonik raketləri vurma qabiliyyəti doğrudursa, o zaman bu, NATO üçün yeni problem yaradacaq”, - müəllif bildirib.