26 Aprel 2024
Ramzan Kadırov azərbaycanlı müğənniyə qarşı çıxanları "DUELƏ ÇAĞIRDI" - FOTO

Ramzan Kadırov azərbaycanlı müğənniyə qarşı çıxanları "DUELƏ ÇAĞIRDI" - FOTO

31 Avqust 2022
Baxış: 685

Ramzan Kadırov Jony-nin konserti ilə bağlı “dini diletantları” “duelə çağırıb”.

AJMEDİA.İNFO xəbər verir ki, Çeçenistan rəhbəri müğənni Jony-nin (Cahid Huseynli) Qroznıda keçiriləcək konsertini müdafiə edib.

“Bu konsertin təşkilatçılarına təşəkkür edirəm. Jony azərbaycanlı müsəlmandır. Biz bütün mahnılara baxırıq və bir dənə də olsun sənətçi yanlış mahnı oxumur. Senzuranı qoruyuruq”, – deyə Kadırov teleqram kanalda yazıb.

Kadırov “təxribatçıların” konkret nə yazdığını dəqiqləşdirməyib, onları görüşə çağırıb.

“Əgər bu özlərini ilahiyyatçı adlandıran şəxslər deyilənləri təsdiqləmək və müstəsna təqvalarına və bütün ailə üzvlərinin dininə bağlı olduqlarına dair sübutlar gətirmək istəsələr ki, bu da onlara başqalarını tənqid etməyə imkan verəcək, o zaman sabah saat 13:00-da keçiriləcək açıq dialoqa gəlsinlər. Onların dini göstərişlərinin boş söz deyil, gündəlik mənəvi mübarizə olduğunu sübut etsinlər.

Maraqlıdır ki, onlar özləri hər gün İslam qanunlarına uyğun yaşayırlar, yoxsa sosial şəbəkələrdə bununla bağlı mətnlər cızırlar? Ancaq əminəm ki, bu cür radikal və qəti şərhləri həyatda nəyəsə nail olmaq istəməyən adi avaralar buraxır”, – deyə Kadırov bildirib.

O əlavə edib ki, həyat yoldaşı və qızları konsertdə olacaq, imkan olsa, özü də gələcək.

Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də bir günt əvvəl ifaçı Jony-nin Qroznıda konsertinə qarşı çıxan çeçen xalqının nümayəndələrini sabah saat 13.00-da şəhərdəki meydana toplaşmağa çağırıb.

O, azərbaycanlı müğənninin konsertinə qarşı çıxanları təxribatçı adlandırıb.

Jony-nin noyabrın 4-də Qroznıda konsert verəcəyi barədə məlumat avqustun 29-da bir sıra çeçen mətbuatında dərc olunub. Konsert çeçen müxalifətinin Telegram kanalı Niyso tərəfindən tənqid edilib.(konkret.az)