11 May 2024
Ramiz Mehdiyevin qohumunun evindən 200 min dollar OĞURLANDI:  4 ay XƏBƏRİ OLMAYIB

Ramiz Mehdiyevin qohumunun evindən 200 min dollar OĞURLANDI: 4 ay XƏBƏRİ OLMAYIB

15 Noyabr 2021
Baxış: 643

Bakıda evdən külli miqdarda oğurluq edilib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb.

Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb. Oğurluq hadisəsi bu ilin iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində baş verib.

O, oğurluğu evində qulluqçu işləmiş qadının törətməsindən şübhələnir. A.Mehdiyev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Oxu.Az məsələ ilə əlaqədar Asəf Mehdiyevdən açıqlama almaq üçün onun rəhbəri olduğu “Şərq-Qərb” ASC-yə də müraciət edib. Lakin A.Mehdiyevdən açıqlama almaq mümkün olmayıb.

Qeyd edək ki, Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub.