12 May 2024
Ramin Bayramlının qardaşı jurnalistlərə hücum etdi, villanı çəkməyə qoymadı +VİDEO

Ramin Bayramlının qardaşı jurnalistlərə hücum etdi, villanı çəkməyə qoymadı +VİDEO

31 Avqust 2021
Baxış: 1137

Jurnalistlər Bakının Badamdar qəsəbəsində, birinci massivdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya məxsus olduğu iddia edilən villadan çəkiliş etmək istəyiblər.

Bu zaman jurnalistlərə villanın tikintisinə nəzarət edən şəxs hücum edib.

"Kanal13"-ün əməkdaşlarından biri barmağından xəsarət alıb, digərinin də avadanlığına ziyan dəyib.
Jurnalistlərə hücum edən şəxs özünü Razim Bayramlı kimi təqdim edib və villanın ona məxsus olduğunu bildirib.
O, Ramin Bayramlı ilə qohum olub-olmaması ilə bağlı sualı cavabsız qoyub. (azpress)