09 May 2024
Ramil Usubovun qayınatasının Şuşada ermənilərin viran qoyduğu evi - FOTOLAR

Ramil Usubovun qayınatasının Şuşada ermənilərin viran qoyduğu evi - FOTOLAR

20 Avqust 2021
Baxış: 1163

Uzun illər erməni işğalından sonra, Ordumuz tərəfindən düşmən tapdağından azad olunan Şuşa şəhərində təmir-bərpa işləri həyata keçirilir.

Bərpa işləri demək olar ki, şəhərin bütün yerlərində aparılır. Buna səbəb, digər rayon və kəndlərimiz kimi, Şuşa şəhəri də, Ermənistanın işğalı dövründə, düşmən vandaliziminə məruz qalmışdı. Şəhərdə bir sıra tarixi binalarla yanaşı, tanınmış ziyalıların, şəhər sakinlərinin evlərinə də ciddi ziyan dəyib.

Hətta şəhərdə bəzi tarixi binalar, evlər, infrastruktur obyektlər yerlə yeksan edilib. Amma buna baxmayaraq Şuşalı olan hər bir sakin yurduna geri döndükdən sonra, evinin izi torpaqdan silinsə də belə, yaşadığı yeri hissi və duyğuları ilə tapa bilir.

AJMEDİA.İNFO Demokrat.az-a istinadla xəbər verir ki, ermənilər tərəfindən evi viran qoyulmuş şəxslərdən biri də, Şuşa şəhərinin tanınmış ziyalılarından biri, elmi-pedaqoji hazırlıqlı metodist müəllim Kamran Şirinovdur.

Qeyd edək ki, K.Şirinov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun qayınatasıdır.

K.Şirinovun düşmən tərəfindən dağıdılmış evinin görüntülərini təqdim edirik: