11 May 2024
Radara düşən YPX avtomobilinin cəriməsi başqasına göndərildi - FOTOLAR

Radara düşən YPX avtomobilinin cəriməsi başqasına göndərildi - FOTOLAR

31 May 2022
Baxış: 763

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.