04 İyul 2024
Qocalmanı sürətləndirən və xərçəng yaradan QİDALAR - Uzaq DURUN! + SİYAHI

Qocalmanı sürətləndirən və xərçəng yaradan QİDALAR - Uzaq DURUN! + SİYAHI

25 Noyabr 2023
Baxış: 646

Qastroenteroloq Yekaterina Sitnikova xəbərdarlıq edib ki, qırmızı ət və qazlı içkilər xərçəngə tutulma riskini artırır, həmçinin orqanizmin qocalmasını sürətləndirir.

AJMEDİA.İNFO Rusiya mediasına istinadla bildirir ki, Sitnikova qocalmanı sürətləndirən məşhur qidalardan biri kimi qırmızı ətin adını çəkib.

Həkimin sözlərinə görə, onun tərkibində hüceyrənin zədələnməsinə səbəb olan doymuş yağ turşuları, xolesterin və çoxlu miqdarda duz var. Bundan əlavə, qırmızı ət bişərkən DNT-ni zədələyən və qocalmağa səbəb olan kanserogen maddələr buraxa bilər.

“Qırmızı ətin həddindən artıq istehlakı çox vaxt ürək-damar xəstəlikləri və xərçəng riskinin artması ilə əlaqələndirilir. Bir sıra bağırsaq xəstəlikləri də qismən gündəlik qida rasionunda ət məhsullarının payının artması və bitki komponentlərinin (lif) azalması ilə əlaqələndirilir”, - Sitnikova bildirib. Bu məhsulun əvəzinə o, balıq, qoz-fındıq, paxlalılar və ya quş əti kimi digər protein mənbələri yeməyi tövsiyə edib.

Qastroenteroloq həmçinin qazlı içkilər içərkən ehtiyatlı olmağa çağırıb, çünki onların tərkibində çoxlu miqdarda şəkər var. Pəhrizdə onun artıq olması piylənmə və şəkərli diabet riskini artırır ki, bu da son nəticədə qocalmanı sürətləndirir. O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, şəkər ümumi qəbul edilən kalorinin on faizindən çoxunu təşkil etməməlidir.