11 May 2024
Qəzza zolağının gələcəyi ilə bağlı mümkün ÜÇ VARİANT - “Bloomberg”dən İDDİA

Qəzza zolağının gələcəyi ilə bağlı mümkün ÜÇ VARİANT - “Bloomberg”dən İDDİA

01 Noyabr 2023
Baxış: 374

Qəzza zolağının aqibəti ilə bağlı üç mümkün variant irəli sürülüb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ilkin variant ABŞ və İsrailin Qəzza zolağına sülhməramlı qüvvələr göndərməyindən ibarətdir.

Məlumata görə, bu seçim Həmas məğlub olacağı təqdirdə baş verə bilər: “ABŞ də daxil olmaqla, bir neçə ölkənin silahlı qüvvələrinin sülhməramlı missiyası Qəzzaya göndərilə bilər. Beləliklə, anklav ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrinin nəzarətinə keçəcək”.

“Bloomberg” qeyd edib ki, ikinci variant Misir və İsrail arasında 1979-cu il müqaviləsində təsbit edilənə bənzər sülhməramlı missiyanın təşkilidir. Agentliyin mənbələrinin bildirdiyinə görə, İsrail hesab edir ki, bu variant diqqətəlayiqdir.

Nəşr qeyd edib ki, üçüncü varianta görə, Qəzza zolağı BMT-nin nəzarətinə keçəcək: “Lakin İsrail bu planı yersiz hesab edir”.

Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və bəzi ABŞ rəsmiləri bu planların həyata keçirilməsini çətin hesab edirlər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Uatson is agentliyə açıqlamasında bildirib ki, Ağ Evdə hərbi qüvvələrinin sülhməramlı missiya çərçivəsində Qəzzaya göndərilməsi müzakirə edilmir.(Sfera.az)