23 İyun 2024
Qətlə yetirilən əsgərimizin MƏZARI – FOTO/VİDEO

Qətlə yetirilən əsgərimizin MƏZARI – FOTO/VİDEO

14 İyun 2024
Baxış: 264

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi iyunun 12-də Ordubad rayonunun Gənzə kəndində dəfn olunub.

AJMEDİA.İNFO xəbər verir ki, mərhumun cənazəsi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun məzarının yanında torpağa tapşırılıb.


Bu gün isə həmin kənddə mərhumun 3 və 7 mərasimləri keçirilir.



Xatırladaq ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.



Əslən Ordubaddan olan Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Təl-Əvivdə magistratura təhsili alıb. (Bizim.Media)