30 Aprel 2024
Qarabağ separatçıları Paşinyanı HƏDƏLƏDİ: "Əliyevin şərtlərini qəbul etsən, biz Rusiyanı seçəcəyik"

Qarabağ separatçıları Paşinyanı HƏDƏLƏDİ: "Əliyevin şərtlərini qəbul etsən, biz Rusiyanı seçəcəyik"

06 Aprel 2022
Baxış: 482

“Qarabağda Rusiyaya birləşməküçün imza toplanmasına başlanacaq”.

AJMEDİA.İNFO erməni mediasına istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Bu gün Brüsseldə üç lider tərəfindən sənəd imzalansa, Qarabağın Rusiyaya birləşdirilməsi üçün imza toplanmasına başlanacaq.

Son günlər separatçılar İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə bugünkü görüş ərəfəsində Qarabağda aktiv məsləhətləşmələr aparır.

“Bildiyiniz kimi, Azərbaycan Paşinyanı beş bəndlik sülh sazişi imzalamağa məcbur edir ki, bu da Arsaxın son təslimi, respublikanın Azərbaycanın tərkibinə daxil olmasını nəzərdə tutur”,- deyə qəzet yazır.

Nəşrin mənbələrə istinadən bildirdiyinə görə, Brüsseldə sənəd imzalanacağı təqdirdə, ilk saniyədən etibarən Qarabağda “respublika”nın Rusiyaya birləşməsi istiqamətində siyasi prosesə başlamaq qərara alınıb.

“Əgər Ermənistan Arsaxdan əlini çəkərsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Arsax da Azərbaycanın tərkib hissəsidirsə, bizim Rusiyaya birləşməkdən başqa çarəmiz qalmayacaq, ona görə də imzaların toplanmasına başlayacağıq”, – deyə mənbə bildirib.

Qarabağ separatçılarının lideri artıq Rusiyadan razılıq alıb.

Məlum olduğu kimi, aprelin 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan evində Arayik Arutyunyanla görüşüb. Adətən belə görüşlər həlledici proseslər qabaq baş tutur. Arityinyanın Ter-Petrosyanla görüşünün də elə bu barədə olduğu ehtimal edilir.

“Görünür, Arayik Arutyunyan zəmanəmizin ən müdrik siyasətçilərindən biri olan Levon Ter-Petrosyanla məsləhətləşməyə gedib”, – deyə qəzet yazır.(Konkret.az)