26 Aprel 2024
"Qarabağ" - "Bazel" oyunu "Tofiq Bəhramov"da olmayacaq

"Qarabağ" - "Bazel" oyunu "Tofiq Bəhramov"da olmayacaq

02 Sentyabr 2021
Baxış: 2490

Konfrans Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ"ın "Bazel"lə oyununun yeri dəyişdirilir.

Ağdam klubu İsveçrə təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edə bilməyəcək. Buna səbəb arenanın ot örtüyünün münasib vəziyyətdə olmamasıdı. Ayın 16-na qədər qazonun yaxşılaşma ehtimalı azdı. Bu səbəbdən qarşılaşma başqa stadionda keçiriləcək.

Matçın harda oynanacağı dəqiqləşməyib. Əsas variant görüşün Bakı Olimpiya Stadionunda keçirilməsidi. Yaxın günlərdə bununla bağlı yekun qərar veriləcək. Hələlik dəqiq olan görüşün mərkəzi arenada keçirilməyəcəyidi.

"Qarabağ" daha əvvəl "Bazel"lə matçı səfərdə keçirmək üçün müraciət etsə də, UEFA bunu qəbul etməyib. Qitə futbol qurumu ölkə daxilində başqa arena təklif edilməsini istəyib. // "FutbolPress" (sfera.az)