07 May 2024
“Qarabağ” – “Bayer” matçının biletləri SATIŞDA: 5-300 manat...

“Qarabağ” – “Bayer” matçının biletləri SATIŞDA: 5-300 manat...

01 Mart 2024
Baxış: 313

“Qarabağ” və “Bayer Levekuzen” komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.


AJMEDİA.İNFO bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.


Biletləri “Iticket.az” saytının satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək mümkündür.


Xatırladaq ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.(sfera.az)