07 May 2024
"Putin XIX əsrdə yaşayır, türklər bunu daha yaxşı bilirlər, çünki..." - Ceyms Cefri

"Putin XIX əsrdə yaşayır, türklər bunu daha yaxşı bilirlər, çünki..." - Ceyms Cefri

09 Fevral 2022
Baxış: 485

“Cənab Putin XIX əsrdə yaşayır. Türklər bunu daha yaxşı bilirlər, çünki türklər o dövrün böyük dövlətlərindən biri idi. İndi Putin o günlərə qayıtmaq istəyir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya üzrə keçmiş nümayəndəsi Ceyms Cefri CNN Türk-ə müsahibəsində deyib.

“Bayden administrasiyası Putinə yaxşı təklif verdi. İkinci addım kimi isə Bayden Ukrayna ilə həmsərhəd ölkələrə qoşun göndərdi. Bu, NATO-nun birliyini və Birləşmiş Ştatların bütün müttəfiqlərini qorumaq üçün hərəkətə keçməyə hazır olduğunu göstərmək üçün mühüm addım idi. Əgər Putin işğalla bütün beynəlxalq sistemi pozmaqda qərarlıdırsa, biz bunun qarşısını ala bilmərik. Amma ödəyəcəyi bədəli artırmaqla oranı işğal edəcəyi sonuncu yerə çevirə bilərik”, – diplomat bildirib.

Cefri Rusiya liderinin Çinə səfərinə də toxunub:

“Çin iki gün əvvəl Pekində Putini qəbul etdi. Amma birgə bəyanatda Ukraynanın adı belə çəkilmədi. Hətta Çin də Rusiyanın addımlarını narahatlıqla izləyir. Gözləyib nə olacağını görəcəyik. Əlimizdən gələni etdik, indi top Putinin əlindədir”.(Teleqraf.com)