11 May 2024
Putin və Lukaşenko razılaşdı: Birgə ordu yaradılır

Putin və Lukaşenko razılaşdı: Birgə ordu yaradılır

10 Oktyabr 2022
Baxış: 389

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Belarusun dövlət gentliyi BELTA prezident Aleksandr Lukaşenkoya istinadən məlumat yayıb.

Belarus prezidenti xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra onun Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü olub.

“İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsinə razılaşdıq. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Əgər təhlükə indiki səviyyəyə çatarsa, biz İttifaq dövlət qruplaşmasından istifadə etməyə başlayırıq. Bu qrupun əsası (mən həmişə bu haqda danışmışam) Belarus Respublikasının ordusu, Silahlı Qüvvələridir. Sizə bildirməliyəm ki, bu qrupun formalaşmasına başlanılıb. Bu, artıq iki gündür davam edir”, - Belarus lideri bildirib.(teleqraf)