07 May 2024
"Putin öz ətrafındakılardan da QORXUR: Gizlənir, falçıları işə götürür, bunker dəyişir..." - Arefniya

"Putin öz ətrafındakılardan da QORXUR: Gizlənir, falçıları işə götürür, bunker dəyişir..." - Arefniya

29 Aprel 2022
Baxış: 660

“Rusiya Prezidenti daxili münaqişə içindədir və öz həyatı üçün çox narahatdır”.

AJMEDİA.İNFO Ukrainenews.fakty.ua-ya istinadən xəbər verir ki, bunu psixologiya elmləri namizədi Svetlana Arefniya bildirib.

Mütəxəssis qeyd edib ki, bütün dünyada məsxərə obyektinə çevrilmiş Putinin uzun masası da onun ölüm qorxusunun təzahürlərindən biridir.

“Bu o deməkdir ki, Vladimir Putin təkcə başqa ölkələrin prezidentlərindən deyil, həm də ətrafındakılardan qorxur. Onun təhlükəsizliyi üçün nə qədər işlər görüldüyünə (gizlənmək, bunker dəyişmək, şamanları işə götürmək və s.) baxanda Putinin həyatdan nə qədər möhkəm yapışdığı məlum olur. Əks halda o, camaatın arasına çıxar, ətrafla ünsiyyətdə olardı”, – psixoloq bildirib.