27 Aprel 2024
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib - YENİLƏNİB-1

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib - YENİLƏNİB-1

04 May 2020
Baxış: 745

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

AJM-in xəbərinə görə, Prezident İlham Əliyev Zirvə görüşündə açılış nitqi söyləyib.

O deyib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Prezident bunun Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşü olduğunu qeyd edərək ölkənin sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onun təşəbbüsü ilə aprelin 10-da COVID-19-a qarşı təşkil edilən Zirvə Görüşünü xatırladıb.