23 İyun 2024
Polisdən böyük ƏMƏLİYYAT: 13 nəfər tutuldu - VİDEO

Polisdən böyük ƏMƏLİYYAT: 13 nəfər tutuldu - VİDEO

13 İyun 2024
Baxış: 230

Ağdaşda narkotik vasitələrin dövriyyəsini təşkil edən 13 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb. Onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Z.Atakişiyev çətənə kollarının kənardan görünməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib.

Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.Ağdaşda ƏMƏLİYYAT:  13 nəfər tutuldu - VİDEO Ağdaşda ƏMƏLİYYAT:  13 nəfər tutuldu - VİDEO