26 Aprel 2024
Pentaqonun rəhbəri İsrailə gəldi

Pentaqonun rəhbəri İsrailə gəldi

11 Aprel 2021
Baxış: 3782

11 aprel Bazar günü, Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Loyd Ostin İsraildə rəsmi səfərdədir. Bu barədə Reuters məlumat verib.

Bu, Prezident Joe Baydenin prezidentlik səlahiyyəti dövründə Pentaqon başçısının İsrailə ilk rəsmi səfəridir.

Daha əvvəl bildirildiyi kimi, Ostin İsrailin Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri Beni Hanz və İHQ-nin qərərgah rəisi Avivo Koxaki ilə görüşəcək. Ayrıca Navatim bazasını və "Yad Vaşem" xatirə kompleksinə də baş çəkəcək.

ABŞ Müdafiə Naziri İran nüvə fəaliyyətinə dair danışıqlar aparacaq.