11 May 2024
Pensiya haqqında qalmaqallı qanun qüvvəyə minir

Pensiya haqqında qalmaqallı qanun qüvvəyə minir

01 Sentyabr 2023
Baxış: 552

Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləvi etirazlara və tətillərə səbəb olan bir sıra fərmanlar bu gün, sentyabrın 1-dən qüvvəyə minir.

Əsas dəyişikliklərdən biri pensiya yaşının artırılması olacaq.

Belə ki, sentyabrın 1-dən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olacaq.

Hakimiyyət 2030-cu ilə qədər bu rəqəmi 64 yaşa çatdırmaq üçün hər il üç ay artırmaq niyyətindədir. Dəyişikliklər həm də dövlət qulluqçularına təsir edəcək. Onların minimum pensiya yaşı müvafiq olaraq 57-dən 59-a və 52-dən 54-ə yüksələcək.

Bundan əlavə, adi fransızlar tam pensiya almaq üçün daha uzun müddət işləməli olacaqlar. Əksər pensiyalar üçün tələb olunan iş təcrübəsi 2027-ci ilə qədər tədricən 42 ildən 43 ilə qədər artacaq.

Həmçinin sentyabrın 1-dən Paris nəqliyyat idarəsinin əməkdaşları, enerji şirkətləri və Fransa bankının əməkdaşları da daxil olmaqla, xüsusi pensiya rejimləri ləğv edilməyə başlayacaq./Report