11 May 2024
Pensiya alanların DİQQƏTİNƏ!: Sabah...

Pensiya alanların DİQQƏTİNƏ!: Sabah...

13 Oktyabr 2022
Baxış: 417

Ölkə üzrə oktyabrın pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə AJMEDİA.İNFO-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə ödəniləcək 50 manatı da oktyabr ayının pensiyalarının üzərinə əlavə olunacaq.

Qeyd edək ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.