10 May 2024
Paşinyan yenə rəqs etdi: "Niyə sevinməsin, Artsaxın 75%-i düşmənə təslim olub" - VİDEO

Paşinyan yenə rəqs etdi: "Niyə sevinməsin, Artsaxın 75%-i düşmənə təslim olub" - VİDEO

08 Noyabr 2021
Baxış: 404

Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanın ətrafı ilə birlikdə ritmik estrada musiqisi sədaları altında rəqs etməsini əks etdirən yeni video yayılıb.

AJMEDİA.İNFO Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Armyanskaya vendetta” teleqram-kanalı məlumat və video yayımlayıb.

“Paşinyan və ətrafı şən melodiya sədaları altında sərbəstcəsinə rəqs edirlər, sanki ölkə tarixində belə biabırçı bir il olmayıb.

Axı Paşinyan niyə sevinməsin, Artsaxın 75%-i düşmənə təslim olub, Sünikin(Zəngəzur-S.L.) təhlükəsizliyi sıfır səviyyəsindədir, Ermənistanın suverenliyi yoxdur” –deyə teleqram-kanal yazır.

Teqlər: Paşinyan