09 May 2024
Paşinyan QƏRARINI VERDİ: Rusiya hərbçiləri xidmətini DAYANDIRIR

Paşinyan QƏRARINI VERDİ: Rusiya hərbçiləri xidmətini DAYANDIRIR

12 Mart 2024
Baxış: 256

"Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək Zvartnots beynəlxalq hava limanında xidmətini dayandıracaq".

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Rusiya sərhədçilərinə göndərilən mesaj, ilk növbədə təşəkkür məktubudur. Bu məktubda 1 avqust 2024-cü il tarixi var. Məhz həmin gündən etibarən Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətlərini dayandıracaqlar”, - Ermənistan hökumətinin başçısı bildirib.

O qeyd edib ki, Rusiya sərhədçilərinin geri çəkilməsi siyasi proses deyil.

Martın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, onun ölkəsi Rusiyanın köməyi olmadan Zvartnots hava limanında sərhəd xidmətinin işini təmin etmək iqtidarındadır.Bundan əvvəl Ermənistan Rusiyaya rəsmi məktub göndərərək rus sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırmasını tələb edib.(Sfera.az)