09 May 2024
PAŞİNYAN: "Gorus-Qafan yolunda biz də gömrük postu quracağıq"

PAŞİNYAN: "Gorus-Qafan yolunda biz də gömrük postu quracağıq"

11 Noyabr 2021
Baxış: 510

Azərbaycan Gorus-Qafan avtomobil yolunda gömrük nəzarəti yaratmaq istəyir, ona görə də Ermənistan yeni yola keçəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi vətəndaşlarını Qafan-Ağvan-Tatev yolundan keçirməyə qərar verib.

“Bu yol 10 illərdir istifadəsiz idi, indi artıq demək olar ki, hazırdır. Mən bu yoldan istifadə etmişəm və deyə bilərəm ki, keyfiyyətli yol inşa olunub. Yalnız onu qoşqulu avtomobillərin keçidi üçün təşkil etmək qalır. Ötən gecə İran maşınları da daxil olmaqla yüzə yaxın avtomobil bu yolla Qafana gedib”, – Paşinyan bildirib.

Paşinyan onu da qeyd edib ki, Arazdəyən-Gorus istiqamətində əlavə yol təmiri aparılır.

Onun sözlərinə görə, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin yaradılması imkanlarını inkar etməkdə davam edir.

Eyni zamanda, Paşinyan bildirib ki, Ermənistan da lazım gələrsə, Gorus-Qafan yolunda gömrük və pasport nəzarəti məntəqələri yaradacaq.