12 May 2024
Paşinyan ATƏT sədri ilə görüşüb

Paşinyan ATƏT sədri ilə görüşüb

13 Aprel 2023
Baxış: 474

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

Bu barədə “Baqramyan26” teleqram kanalı məlumat yayıb.

Tərəflər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, B.Osmani bölgədə səfərdədir. O, aprelin 11-də Gürcüstanda, aprelin 12-də isə Azərbaycanda olub.

Teqlər: